top of page

Daşıma qaydaları

 

Fəsil XV. Yol vergisi

Maddə 209. Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Maddə 210. Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Maddə 211.

 

Yol vergisinin dərəcələri

211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:

211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq.

211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq.

211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq.

211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçvəsində mübadilə edilmiş «İcazə» blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.

211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

211.2.1. nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;

51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;

61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;

71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;

81 tondan çox olduqda — 1,8 ABŞ dolları;

211.2.2. oxa düşən maksimum mümkün ağırlıq oxarası məsafəyə uyğun normativ həddən:

20 faizədək olduqda — 0,5 ABŞ dolları;

20 faizdən 50 faizədək olduqda — 1 ABŞ dolları;

50 faizdən 70 faizədək olduqda — 2 ABŞ dolları.

211.5. Azərbaycan Respublikasının ərazisində qalma müddətindən asılı olaraq bu Məcəllənin 211.1.2-ci və 211.1.3-cü maddələrində göstərilən avtonəqliyyat vasitələri üzrə bu Məcəllənin 211.1.2, 211.1.3 və 211.4-cü maddələrinə uyğun olaraq hesablanmış verginin məbləği hər gün üçün aşağıdakı qədər artırılır:

2 gündən 7 günədək — 20 faiz;

7 gündən 30 günədək — 30 faiz;

30 gündən sonra — 40 faiz.

211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Maddə 212. Yol vergisinin tutulması

212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.

212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.

212.5. Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq, yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır;

212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

 

                                                      Nəqliyyatın hərəkəti

Avtomobillərin sürətini (km / h) məhdudlaşdırılması:

Şəhərdə və  yaşayış qəsəbələrində 60

Qeyri yaşayış məntəqələrindən kənarda

İctimai nəqliyyat yollarında 70

Avtomaqistral şoselərində 90

İcazəli olan ölçülər (M)

Eni 2.5

Boy 4.00

Uzunluqu

İki  oxlu yük maşını 12.00

Qoşqulu  nəqliyyat 20,00

Qoşqulu  nəqliyyat  vasitəsi  24,00

                                                   İcazə  verilən  yükgötürmə ox üçün  (t):

Tək ox üçün 10,0

Tərkib hissəsi

Oxlar arasında məsafə

1.61 - 2.5 metr 9.0

1.31 - 1.6 metr 8.0
1 - 1,3 metr 7.0
1 metr 6.0

 İcazəli  kütlə (T)

 Avtomobilin ümümi  maksimum cəkisi 38,0 t

 İri  qabaritli və ağır çəkili yüklərin hərəkət etməsi

Maksimum yol verilən çəkisi parametrləri və ölçüləri aşan yük avtomobillərinin hərəkəti üçün, aşağıdakı ünvanlardan  xüsusi  icazə alınmalıdır:

 

“AzərAvtoYol” ASC

AZ1117, Azərbaycan, Bakı ş., Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küç. 19f

e-mail: yolların.muhafize.xidmeti.mmc@mail.ru

web-site: azeravtoyol.gov.az

 

Qaynar xətt: +994 12 406 97 89

             Faks: +994 12 406 97 02

 

Əlaqəli şəxslər:

Yolların Mühafizəsi və İriqabaritli,

Ağırçəkili Nəqliyyat Vasitələrinin Hərəkətinə Nəzarət şöbəsinin

rəisi Fikrət Hüseynov - Mob.: +994 50 210 68 12


Yolların Mühafizəsi və İriqabaritli,

Ağırçəkili Nəqliyyat Vasitələrinin Hərəkətinə Nəzarət şöbəsinin

baş mütəxəssisi Kamil Hüseynov - Mob.: +994 55 372 00 66

 

Bayramlar  və qeyri  iş günləri:
Yeni il (yanvarın 1 və 2), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə günü (9 may), Respublika günü (28 May), Azərbaycan xalqının (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Milli Qurtuluş Günü (26 iyun), Dövlət müstəqilliyi günü (18 oktyabr), Dövlət Bayrağı günü (9 noyabr), Konstitusiya günü (12 noyabr), Milli Dirçəliş günü (17 noyabr), Dünya Azərbaycanlılarının Həmrəyliyi (31 dekabr), Novruz Qurban bayramı, Ramazan günü Bayram.

 

Hərəkətin məhdudlaşdırılması

 

Nəqliyyat  vasitələrinin hərəkəti n məhdudlaşdırılması  bazar və bayram günləri  yoxdur

 

Yol vəziyyəti haqqında daha ətraflı məlumat

Tullantı  daşınmasını  edərkən ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə Dövlət Komitəsindən  icazə almaq lazımdır. Tel:. (99412) 492 67 49, Fax: (99412) 492 59 07.

Yanacaq idxalı

Yanacağının Rüsumsuz  idxalIna  icazə verilir  yalnız  texnoloji  struktur və mühərrikin  enerji  təchizatı  sistemi ilə bağlı.

bottom of page